AZ

Ermənistanda inflyasiya sürətlənib

2025-ci ilin ikinci rübündə Ermənistanda 12 aylıq inflyasiya göstəricisi artaraq iyun ayında 3,9 faizə çatıb. Bununla yanaşı, 12 aylıq təbii (yəni bazar və iqtisadi amillərlə formalaşan) inflyasiya da artaraq 3,1 faiz səviyyəsinə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Bankının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ilin ikinci rübündə həm qlobal iqtisadiyyatda, həm də Ermənistanın əsas ticarət tərəfdaşı olan ölkələrdə tələbatın daha da zəifləməsi riskləri yüksəlib.

Qeyd edək ki, bu, Ermənistanda qiymət artımının artan dinamika ilə davam etdiyini göstərir. Tənzimləyici orqan olan Mərkəzi Bank isə mövcud risklər fonunda monetar siyasətə yenidən baxa bilər.

Bizim.Media

Seçilən
13
50
bizim.media

10Mənbələr