AZ

Yay düşərgəsində böyük maraq yaradan “Xankəndi” paneli (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət KomitəsininHeydər Əliyev Fondu ilə birgə təşkil etdiyi Xankəndidə keçirilənDiaspor Gənclərinin VI Yay Düşərgəsində “Xankəndi” adlı paneltəşkil olunub.

Trend xəbərverir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri VəsiləVahidqızının moderatorluğu ilə keçirilən paneldə Xankəndidədoğulan, Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq millətvəkili Flora Qasımova, Xankəndidən olan və hazırda Norveçdə yaşayanazərbaycanlı musiqiçi Arzu Rzayeva, professor Solmaz Tohidi vəXankəndi sakini Xatirə Vəliyeva iştirak ediblər.

Paneldə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinXankəndidə üçrəngli bayrağımızı qaldırmasının görüntüləri, həmçininXankəndi şəhərinin salınma tarixi ilə bağlı Azərbaycan və ingilisdillərində videomaterial nümayiş olunub.

Qədim Azərbaycan torpaqlarında salınan Xankəndi şəhərinin zəngintarixi və burada əzəli Azərbaycan mədəniyyətinin mövcudluğu barədətarixi faktlar səsləndirilib, Xankəndinin erməniləşdirilməsi vətarixi ədalətin bərpa olunaraq şəhərin Azərbaycanın suverenliyi vəərazi bütövlüyünün bərpasının rəmzinə çevrilməsindən danışılıb.Həmçinin panelin xankəndili iştirakçıları xatirələrini danışıb, 30ildən sonra Qarabağa qayıdışın sevincini bölüşüblər.

Panel sualların cavablandırılması və düşərgə iştirakçılarınınqəhrəmanlıq ruhunda mahnıları ifa etmələri ilə yekunlaşıb. Diasporgəncləri paneli mövzu və forma baxımından yeni platforma kimidəyərləndirib, panel boyu həm qürurverici, həm də duyğulu anlaryaşadıqlarını qeyd ediblər.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək DiasporGənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İşüzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgətəşkilatçılığı ilə gerçəkləşdirilir. Diaspor Gənclərinin VI YayDüşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundanəvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçınşəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədənümumilikdə 700-dən çox gənc qatılıb.

Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Yay
Seçilən
32
9
az.trend.az

10Mənbələr