ain.az, Fanat saytına istinadən bildirir.
Tanınmış rusiyalı mütəxəssis Stanislav Çerçesovun yeni iş yeri müəyyənləşmək üzrədir.
Fanat.Az "Çempionat"a istinadən xəbər verir ki, o, Qroznı təmsilçisi "Axmat"ı çalışdırmağa yaxındır.
Məlumata görə, Çerçesov yaxın günlərdə Rusiya Premyer Liqasında mübarizə aparan Çeçenistan klubu ilə uzunmüddətli müqavilə bağlamağa hazırlaşır. "Axmat"ın bu gün baş məşqçi Aleksandr Storojukla əməkdaşlığa son qoyduğunu vurğulayan mənbə rəhbərliyin bu addımı 61 yaşlı çalışdırıcının razılığını aldığına görə atdığını vurğulayıb.
Xatırladaq ki, 61 yaşlı mütəxəssisin son iş yeri bu ilin yanvarında ayrıldığı Qazaxıstan millisi olub.
Nihat
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.