AZ

Selçuk Bayraktaroğlu Türkiyənin Baş qərargah rəisi təyin edildi


Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ölkənin Baş qərargah rəisi vəzifəsinə təyin olunub.

Bununla bağlı Prezident Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyənin Yüksək Hərbi Şura (YHŞ) iclasında qərar qəbul edilib.

Mətbuata qapalı keçirilən və 2,5 saat davam iclasın yekunlarına əsasən, Baş Qərargah rəisi Metin Gürak təqaüdə göndərilib. Onun yerinə ordu generalı Selçuk Bayraktaroğlu təyin edilib.

Bundan başqa, 32 general və admiral bir pillə yüksəldilib, 61 polkovnik isə general və admiral rütbəsinə layiq görülüb. 45 general isə təqaüdə göndərilib.

ZÜMRÜD

Seçilən
75
2
baki-xeber.com

10Mənbələr