AZ

Tramp: Neftin qiymətinin aşağı düşməsi Rusiyanı Ukraynada müharibəni dayandırmağa məcbur edə bilər

Dünyada neft qiymətlərinin 1 barel üçün daha 10 dollar aşağı düşməsi Rusiyanı Ukraynada döyüş əməliyyatlarını dayandırmağa məcbur edə bilər.

Aktual.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "CNBC News” telekanalına müsahibəsində bildirib.

"Əgər neft 1 barel üçün daha 10 dollar ucuzlaşsa, onun (Rusiya Prezidenti Vladimir Putinin - red.) seçimi qalmayacaq. İqtisadiyyat artıq ağır vəziyyətdədir", - o qeyd edib.

D.Tramp, Rusiya neftini aldığı üçün növbəti 24 saat ərzində Hindistana qarşı rüsumları əhəmiyyətli dərəcədə artırmaq niyyətində olduğunu bəyan edib: "Biz 25 %-də dayandıq. Amma düşünürəm ki, növbəti 24 saat ərzində onları əhəmiyyətli dərəcədə artıracağam, çünki onlar Rusiya neftini alırlar".

Seçilən
53
5
ulusum.az

10Mənbələr