AZ

Əhaliyə çağırış: “13 saat vaxtınız var”

Astroloq Dinçer Güner bu gün üçün izləyicilərinə xüsusi xəbərdarlıq edib. O bildirib ki, qarşıda duran 13 saatlıq zaman kəsiyi astroloji baxımdan əhəmiyyətli təsirlərlə müşahidə olunacaq və bu enerjini düzgün dəyərləndirmək vacibdir.

Yenisabah.az xəbər verir ki, Dinçer Günerin sözlərinə görə, hazırda Ay Yay bürcündədir. Bu isə insanların daha enerjili, hərəkətli və açıqfikirli olmasına şərait yaradır. Yeni ideyaların ortaya çıxması, səyahət planlarının qurulması və fərqli təcrübələrə açıq olmaq üçün uyğun zamandır.

Astroloq həmçinin vurğulayıb ki, bu müddət ərzində bəzi insanlar sərbəstlik istəyi ilə sosial münasibətlərdə daha açıq və düşünmədən danışa bilər. Buna görə də diqqətli davranmaq, emosiyalara qapılmamaq tövsiyə olunur. pizza

Dinçer Güner izləyicilərinə çağırış edərək bildirib:

“Bu 13 saatlıq fürsəti dəyərləndirin. Həm özünüzə zaman ayırın, həm də həyatınıza yeni baxış bucağı gətirəcək qərarlar verməkdən çəkinməyin.”

Astroloq həm fərdi inkişaf, həm də münasibətlər baxımından bu dövrün kiçik, amma təsirli addımlar üçün əlverişli olduğunu qeyd edib.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
28
4
yenisabah.az

5Mənbələr