ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiya nefti almasına görə bu ölkəyə qarşı gömrük rüsumlarının yaxın 24 saat ərzində artırılacağını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Biz 25 faiz rüsumda razılaşmışdıq, amma düşünürəm ki, mən bunu növbəti 24 saat ərzində əhəmiyyətli dərəcədə artıracağam, çünki Hindistan Rusiya nefti alırlar,” - Tramp bildirib.
Tramp daha əvvəl - 4 avqustda "Truth Social" platformasında paylaşım edərək, Hindistandan gələn mallara qarşı gömrük rüsumlarını əhəmiyyətli dərəcədə artıracağını bəyan etmişdi.