AZ

Böyük Britaniya bəzi miqrantları Fransaya qaytaracaq

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniya yeni razılaşma çərçivəsində bəzi miqrantları Fransaya qaytarmağa başlayacaq.

525.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, Britaniya hökuməti bildirib ki, qeyri-qanuni miqrasiyanın qarşısını almaq planlarının əsas hissəsi olan yeni razılaşmanı yaxın günlərdə icra etməyə başlayacaq.

Bu razılaşmaya əsasən, kiçik qayıqlarla Britaniyaya gələn bəzi miqrantlar Fransaya qaytarılacaq.

Yeni razılaşmaya görə, Fransa, Böyük Britaniyaya kiçik qayıqlarla gələn sənədsiz şəxsləri qəbul etməyə razılaşıb. Bunun müqabilində Britaniya, Fransada olan və Britaniyada ailə üzvləri olan qanuni sığınacaq axtaran şəxslərin eyni sayda qəbul edilməsinə razılıq verib.

Ləman İlkin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
525.az

1Mənbələr