AZ

Türkiyə Superliqasında ilk turun üç oyunu təxirə salınıb

Bakı, 5 avqust, AZƏRTAC

Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın ilk turunda keçirilməli olan üç oyunun təxirə salındığını açıqlayıb.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu addım avrokuboklarda iştirak edən “Fənərbağça”, “Beşiktaş” və “Başakşehir”in III təsnifat mərhələsinin oyunlarına daha yaxşı hazırlaşa bilmələri məqsədilə atılıb. Qərar klubların rəsmi müraciətləri əsasında qəbul olunub.

Qeyd edək ki, “Fənərbağça” – “Alanyaspor”, “Kayserispor” – “Beşiktaş” və “Fatih Karagümrük” – “Başakşehir” matçlarının yeni tarixi qarşıdakı günlərdə elan ediləcək.

 

Seçilən
37
2
azertag.az

3Mənbələr