Ağdam.Trend:
Ağdamda hüququ olmadan avtomobil idarə edən şəxs həbsolunub.
Trend-inQarabağ bürosunun xəbərinə görə, Ağdam Rayon Polis Şöbəsinin DövlətYol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərzamanı istifadəsi qadağan olunan xüsusi sayrışan işıq cihazları ilətəchiz olunan “VAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü yolhərəkəti qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Belə ki, yoxlama zamanı sürücü – rayon sakini İlhami Nəsibovunsürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi müəyyən edilib.Həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq məsuliyyətdənyayınmağa çalışıb. O, saxlanılaraq şöbəyə gətirilib, avtomobilmüvəqqəti duracağa yerləşdirilib.
İ.Nəsibov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiqmaddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib vəməhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbsolunub.
Məlumatı Trend-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qruputəsdiqləyib.