AZ

Azərbaycanda cinayət işinin başlanmasının rədd edilməsi qaydaları müəyyənləşir

Azərbaycanda cinayət işinin başlanmasının rədd edilməsi qaydaları müəyyənləşir.

Demokrat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, icraatında kommersiya mülki iş, və ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə şəxsin əməllərində cinayətin əlamətlərini aşkar etdikdə bu barədə Mülki Prosessual Məcəllə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qəbul etdiyi xüsusi qərardadı və ya məhkəmədə olan materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərəcək. Göndərilmiş xüsusi qərardad və ya materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərar olduqda həmin məsələ yuxarıda nəzərdə tutulmuş qaydada həll ediləcək.

Seçilən
57
31
demokrat.az

10Mənbələr