AZ

Dəhşətli istilərin nəticəsində ölkədə 63 nəfəri gün vurub

Ötən ay Azərbaycanda 63 nəfər günvurma diaqnozu ilə xəstəxanalara müraciət edib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda deyilir ki, 2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi cinsli olmaqla) müraciət edib. Qeyd edilib ki, 28 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib.

Bakı şəhəri üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb.

Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib.

Seçilən
18
42
moderator.az

10Mənbələr