Metbuat saytına istinadən ain.az xəbər verir.
İranda yüksək temperatur və enerji, su çatışmazlığı səbəbindən paytaxt Tehran da daxil olmaqla bir neçə əyalətdə dövlət idarələri, məktəblər və universitetlərin bağlanacaq.
Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, Tehran vilayətində bütün dövlət müəssisələri və təhsil ocaqları bağlanacaq. Digər əyalətlərdə iş saatları azaldılır və bəzi yerlərdə idarələr tam bağlanır.
Ötən ay da oxşar bağlanmalar tətbiq olunub. Enerji Nazirliyi bu tədbirlərin elektrik və su istehlakını əhəmiyyətli dərəcədə azaltdığını bildirib. Paytaxtda su və elektrik kəsintiləri ilə istehlakın azaldılması üçün təcili tədbirlər görülür.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.