Azpost saytına istinadən ain.az xəbər verir.
04 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsində qalib gələn “Qəbələ Yazarlarına Dəstək” ictimai birliyinin “Qəbələ gənclərinin yaradıçılıq imkanlarının artırılması” layihəsi üzrə növbəti təlim keçirilib.
Agentliyinin maddi dəstəyi ilə keçirilən tədbirdə 15 nəfər gənc iştirak etmişdir. Tədbiri layihə rəhbəri Rəna Mahmudova açaraq bədii yaradıcılıqla məşğil olan gənclərin layihədən maksimum dərəcədə yararlandıqlarını və onların yaradıcılığında bu təlimlərin böyük rolu olduğunu qeyd etdi. Sonra Təlimçi Fəxrəddin Babayev növbəti “Lirik növ: Nəzmin əsas əlamətləri; ahəng ritm, qafiə, rədif, bölgü, misra, beyt, nənd, heca vəzni” mövzusunda təlimi keçirib. Təlimin sonunda gənclər öz yaradıcılıqlarından nümunələr səsləndirdilər.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.