Bakı. Trend:
Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polisorqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün polisinfəaliyyətinin maliyyələşdirilməsi mənbələri artırılıb.
Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi “Polis haqqında” Qanunaedilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, polis əməkdaşlarının sosial müdafiəsinigücləndirmək və polis orqanlarının maddi-texniki bazasınımöhkəmləndirmək məqsədilə aşağıdakı vəsaitlər müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinəhesabına köçürüləcək:
- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işlərivə cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayətnəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidaiaraşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5faizi;
- polis orqanları tərəfindən istintaqı aparılan cinayət işləriüzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayətməsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmişödənişdən daxil olan vəsaitin 5 faizi.
Nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənmüəyyən olunacaq.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.