AZ

Hindistan rupisi Trampın sərt tənqidindən sonra kəskin ucuzlaşıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 5 avqust, AZƏRTAC

Hindistan rupisi dollar qarşısında rekord həddə zəifləyib. Belə ki, ABŞ valyutası artıq 88 rupi həddini keçib. Valyuta bazarı Trampın avqustun 1-də Hindistan mallarına tətbiq etdiyi yüksək tariflərdən narahat idi və ABŞ Prezidentinin sözlərinə görə, bu ölkənin Rusiya neftini böyük gəlirlə yenidən başqalarına satması səbəbindən tarifləri əhəmiyyətli dərəcədə artırmaq təhdidləri də buna əlavə olunub.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Reuters” agentliyinin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın Hindistan mallarına yüksək gömrük rüsumları tətbiq etməklə hədələməsindən sonra rupi tarixi minimuma enib. Bu, onsuz da kövrək olan bazar əhvali-ruhiyyəsini daha da pisləşdirib və Hindistan bazarından xarici investisiyaların axını ilə bağlı narahatlıqları artırıb. Valyuta bazarı iştirakçıları Hindistan mallarına yüksək tariflərdən narahatdırlar. Tramp özünün “Truth Social” sosial şəbəkəsində avqustun 4-də bildirib ki, Hindistan Rusiya neftini alıb onun bir hissəsini açıq bazarda satdığı üçün idxal rüsumlarını “əhəmiyyətli dərəcədə” artıracaq. O iddia edir ki, Hindistan Rusiya neftinin yenidən satışından böyük gəlir əldə edir və Ukraynadakı hərbi əməliyyatlarda həlak olanların sayına əhəmiyyət vermir.

Bu iddialara cavab verən Hindistan Xarici İşlər Nazirliyi Trampın təhdidlərini “əsassız və cəfəng hücumlar” adlandırıb, ABŞ və Aİ-nin özlərinin Rusiyadan kimyəvi maddələr və gübrələr almağa davam etdiyinə diqqət çəkib. Yeni Dehli Rusiya neftinin alınmasını zəruri adlandırıb, çünki Hindistanın ənənəvi tədarük mənbələri son illərdə Avropaya yönəlib.

Tramp artıq avqustun 1-dən Hindistandan gələn mallara 25 faizlik gömrük rüsumları tətbiq edib. O, həmçinin Moskvanın avqustun 8-dək Ukrayna ilə bağlı sülh sazişinə razılıq vermədiyi təqdirdə Rusiyadan neft alan ölkələri 100 faiz rüsum tətbiq edəcəyi ilə hədələyib. Bununla belə, ABŞ Prezidentinin son bəyanatları Hindistan valyutasına təzyiqi artırıb. Bu barədə özəl bir bankın adını açıqlamayan treyderi “Reuters” agentliyinə bildirib. O, xüsusən də ABŞ-ın bu cür ritorikası fonunda rupinin nəzarətsiz şəkildə devalvasiyasının qarşısını almaq üçün Hindistan Ehtiyat Bankının vəziyyətə müdaxilə edəcəyini gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
azertag.az

2Mənbələr