AZ

Kiprin komandası “Araz-Naxçıvan”a müraciət etdi

Konfrans Liqasında III mərhələyə yüksələn “Araz-Naxçıvan”ın növbəti rəqibi Kipr təmsilçisidir.

Naxçıvanlılar pley-offa vəsiqə qazanmaq yolunda “Omoniya” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Rəqib komanda Bakıda dəstəksiz qalmayacaq.

Belə ki, Nikosiyadan Bakıya 20-yə yaxın azarkeş gələcək.

Kipr klubu qonaq fanatlara məhz bu sayda yerin ayrılması ilə bağlı “Araz-Naxçıvan”a müraciət edib.

Oyunu işıqlandırmaq üçün 4-5 jurnalistin Bakıya səfəri də nəzərdə tutulub.

Avqustun 7-də komandalar arasında “Liv bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
141
50
sportinfo.az

10Mənbələr