AZ

“Chevrolet”lə toqquşan “VAZ” bordürə dəyib aşdı, sürücünün ürəyi getdi VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Masallıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 4-də səhər saatlarında Mudaküçə dairəsi adlanan ərazidə baş verib. Belə ki, hərəkətdə olan 44-CL-741 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın, “Chevrolet Cruze” markalı avtomobillə toqquşub. Qəzaya səbəb dairəvi hərəkət təşkil olunmuş yolayrıcının keçilməsi qaydasının pozulması olub. Nəticədə  “Chevrolet”ə çırpılan “VAZ” öncə bordürə dəyib, ardınca aşıb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi zərər dəyib. Qəzadan sonra “VAZ”sürücüsünün halı pisləşib və ürəyi gedib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
avtosfer.az

1Mənbələr