AZ

"PAŞA Bank-ın yeni istiqraz emissiyası kapital bazarının dərinləşməsinə və maliyyə inklüzivliyinə tövhə verəcəkdir - Murad Süleymanov

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞABank” alternativ maliyyələşmə alətlərini genişləndirmək və yerlikapital bazarının inkişafına töhfə vermək məqsədilə yeni istiqrazemissiyasına start verib. Yeni emissiyanın Bankın strategiyasındakırolu, investisiya risklərinin necə balanslaşdırıldığı və maliyyəinklüzivliyinə verəcəyi töhfələri Bankın idarə heyətinin üzvü, başmaliyyə inzibatçısı Murad Süleymanovla müzakirə etdik.

Hörmətli Murad bəy, məlumdur ki, istiqraz emissiyası birmaliyyə aləti olmaqla yanaşı, bankın uzunmüddətli strategiyasını vəbazardakı mövqeyini də əks etdirir. Bu baxımdan, cari emissiyanın“PAŞA Bank” üçün əhəmiyyəti nədən ibarətdir?

Yeni istiqraz buraxılışı “PAŞA Bank”ın uzunmüddətli inkişafplanlarında mühüm strateji komponent hesab olunur. Bu addım yalnızvəsait cəlb etməyə yönəlməyib, həm də yerli maliyyə bazarınınşaxələndirilməsinə və maliyyə infrastrukturlarınındərinləşdirilməsinə xidmət edir. Bank bu vasitə ilə bazardainstitusional iştirakçılığı artırmaq, investorların seçimlərinigenişləndirmək və ölkə daxilində davamlı maliyyələşmə modellərinintətbiqinə liderlik etmək niyyətindədir. Belə təşəbbüslər həmçininbankın investisiya mədəniyyətinin formalaşdırılmasına verdiyitöhfənin bir göstəricisidir.

İstiqrazlar investisiya üçün maraqlı alət olsa da, hərzaman risk və gəlirin balanslaşdırılması vacib məqamdır. “PAŞABank”ın yeni istiqraz emissiyasında bu balans necə təmin olunur vəinvestorlar üçün hansı təhlükəsizlik mexanizmlərimövcuddur?

İstiqrazların buraxılışı həm sabit gəlir təmin etmək, həm dərisklərin effektiv idarə olunmasını nəzərdə tutur. 12 aylıq tədavülmüddəti və illik 10.5%-ə qədər gəlirlilik, investorlara həmlikvidlik, həm də gəlir sabitliyi baxımından cəlbedici fürsətyaradır. Hüquqi baxımdan tam tənzimlənmiş bu emissiya, şəffaflıq vəetibarlılıq prinsipləri üzərində qurulub. İnvestorlar bu istiqrazemissiyasında iştirak etməklə, risklərini effektiv şəkildədiversifikasiya edir və ölkənin aparıcı və etibarlı banklarındanbirinə sərmayə qoyaraq sabit gəlir imkanından faydalanırlar.

Qeyd edək ki, bu emissiyada iştirak üçün minimum investisiyaməbləği 10,000 AZN olaraq müəyyən edilib. Bu yanaşma həm peşəkar,həm də fərdi investorlar üçün effektiv sərmayə planlaşdırmasıimkanı yaradır. Eyni zamanda, fiziki şəxslər üçün bu emissiya vergibaxımından da cəlbedici alətdir. Belə ki, mövcud 12 aylıqəmanətlərdən fərqli olaraq fiziki şəxslərin bu istiqrazlardan əldəetdikləri faiz gəlirləri vergidən azaddır. Bu, xüsusilə əmanətlərəalternativ axtaran fərdi investorlar üçün əlavə motivasiyayaradır.

Bu təşəbbüs Azərbaycanda investisiya mədəniyyətiningenişlənməsinə, yerli investorların maliyyə alətlərinə çıxışınınasanlaşmasına və ümumilikdə kapital bazarının inkişafına necədəstək olacaq?

“PAŞA Bank” olaraq, biz inanırıq ki, ölkəmizdə maliyyəinklüzivliyinin genişlənməsi və sağlam kapital bazarınınformalaşması iqtisadi inkişafın davamlılığı üçün vacibdir. Buistiqraz emissiyası vasitəsilə yerli investorlar üçün əlçatan vərəqabətli investisiya alətləri təqdim edirik. Bu, həmçinin fərdiinvestorların və kiçik müəssisələrin maliyyə bazarına çıxışınıasanlaşdırır və investisiya imkanlarını genişləndirir.

Eyni zamanda, emissiya yerli qiymətli kağızlar bazarınıninstitusional dərinləşməsinə xidmət edir, yəni bazarda daha çoxiştirakçı və daha müxtəlif maliyyə alətləri meydana çıxır. Bu,likvidliyin artmasına və bazarın dayanıqlılığının güclənməsinəşərait yaradır.

Uzunmüddətli perspektivdə, belə təşəbbüslər iqtisadiyyatın realsektoru ilə maliyyə bazarlarını daha sıx bağlayır və investisiyamədəniyyətinin inkişafına təkan verir. “PAŞA Bank” olaraqməqsədimiz, şəffaflıq və etibarlılıq prinsiplərinə əsaslananmaliyyə mexanizmləri yaradaraq, cəmiyyətin geniş təbəqələrininiqtisadi proseslərdə iştirakını artırmaqdır. Nəticədə, bu, ölkədədayanıqlı inkişafın təmin olunmasına və iqtisadi sabitliyinmöhkəmlənməsinə öz töhfəsini verir.

Murad bəy, dəyərli vaxtınızı bizə ayırdığınız və “PAŞABank”ın istiqraz emissiyası ilə bağlı ətraflı məlumat verdiyinizüçün təşəkkür edirik.

Məqalədə:
Seçilən
26
6
az.trend.az

7Mənbələr