AZ

Aİ 95” markalı yanacağın satışı dayandırılmayıb SOCAR açıqlama yaydı

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

“SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb.

Mia.az xəbər verir ki, bu barədə “Report”a “SOCAR Petroleum” QSC-dən son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışının dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib.

Qeyd olunub ki, son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib:

“Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
86
49
mia.az

10Mənbələr