AZ

Qarabağ Şimali Makedoniyadan heç heçə ilə qayıtsa... Azər Bağırov

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsdə "Şelburn"u (İrlandiya) mübarizədən kənarlaşdıran "Qarabağ" bu axşam qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Şkendiya"nın qonağı olacaq. Tanınmış məşqçi, ötən mövsüm "Kəpəz"i çalışdırmış Azər Bağırovla əlaqə saxlayıb Ağdam təmsilçisinin Şimali Makedoniya komandası ilə mübarizəsindən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şkendiya" ilə bağlı bəzi məqamlar var ki, "Qarabağ" bunları nəzərə almalıdır. Onların məşqçisi hücum yox, yarımmüdafiə xəttində fərqli futbolçulardan istifadə edir. Bir qarşılaşmada ehtiyatda saxladığı oyunçuları digər matçda start "11-lik"də oynadır. "Şkendiya" əsl ev komandasıdır. Yerli çempionatın da statistikasına baxsaq, öz meydanlarında daha yaxşı nəticələr qazandıqlarına şahidlik edərik. Ən üstün cəhətlərindən biri də daha çox yerli oyunçulara güvənmələridir. Bu kollektiv təcrübəlilərlə gənclərin vəhdətindən qurulub. Məsələn, 38 yaşlı hücumçu Besart İbrahimi olduqca təcrübəlidirsə, yarımmüdafiəçi Reşat Ramadaninin 22 yaşı var. "Şkendiya" sonadək mübarizə aparmağı sevən kollektivdir. FCSB ilə Rumıniyadakı qarşılaşmada qələbə qolunu 87-ci dəqiqədə vurdular. Rəqibin taktika anlayışı və fiziki dayanıqlılığı yetərincə yüksəkdir. Adətən 4-2-3-1 düzümü ilə mübarizə aparan bu komanda "Qarabağ"a çətin anlar yaşada bilər."Şkendiya" özlərini sübut etmək istəyən oyunçulardan qurulmuş heyətə malikdir. Həm standart vəziyyətlərdən, həm də əks-hücumlardan yaxşı faydalanırlar. "Qarabağ" Şimali Makedoniyadan heç-heçə ilə qayıtsa, bu, bizim üçün çox böyük üstünlük olacaq. Ümumilikdə bizi maraqlı mübarizə gözləyir. Komandamıza uğurlar arzulayıram".   

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
fanat.az

2Mənbələr