AZ

2025 ci il üzrə pitçinq mərhələsinə keçən dövlət dəstəklı film layihələri AÇIQLANDI

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin növbəti mərhələsi başa çatıb.Müsabiqəyə 88 layihə təqdim olunub. Bu layihələr 41 yerli film istehsalçısı və prodüser şirkəti tərəfindən təqdim edilmişdir. Layihələrin qəbulu 12 iyun 2025-ci il tarixinədək davam etmişdir.

Təqdim olunmuş layihələrə Seçim Komissiyası tərəfindən oxunub və müsabiqənin Reqlamentində nəzərdə tutulan meyarlar əsasında qiymətləndirilib. Qiymətləndirmə nəticəsində adları qeyd olunan layihələr pitçinq mərhələsinə keçib.Pitçinq mərhələsinin keçiriləcəyi tarixlər barədə iştirakçılara əlavə məlumat rəsmi şəkildə təqdim olunacaq.Eyni zamanda, müsabiqənin Reqlamentinə əsasən:Tammetrajlı bədii film layihələri üzrə – storibord və tizer, Digər layihələr üzrə isə – yalnız storibordpitçinq mərhələsindən 3 (üç) iş günü öncəyə qədər Azərbaycan Respublikası Kino Agentliyinə rəsmi e-poçt vasitəsilə təqdim olunmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
9
demokrat.az

10Mənbələr