AZ

Türkiyədə tarixi toplantı baş tutdu Yeni dövr BAŞLAYIR

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə Komissiyası”nın ilk iclasını keçirib.TBMM sədri Numan Kurtulmuşun rəhbərliyi ilə baş tutan toplantı saat 11:00-da başlayıb.

İclasın açılış nitqində çıxış edən N.Kurtulmuş bu prosesin tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

"Bu komissiya sıradan bir komitə deyil, yeni bir dövrün başlanğıcıdır. Bu, tək bir qurumun və ya şəxsin deyil, bütün millətin qayğısıdır", – deyə o bildirib.

N.Kurtulmuş terrorla mübarizənin yalnız ölkə daxilində deyil, bütün bölgədə sabitliyə xidmət etdiyini deyib: "Terror təkcə canımızı deyil, ümidlərimizi də oğurlayıb. Biz bu yolda şəffaf şəkildə irəliləyəcəyik. Terrorsuz Türkiyə həm də terrordan azad bölgə deməkdir. Bu prosesdə heç bir sövdələşmə yoxdur".

Qeyd edək ki, komissiya 51 nəfərlik tərkiblə planlaşdırılsa da, İYİ Partiya üzv təqdim etmədiyi üçün hazırda 48 deputatdan ibarətdir. Komissiyada yer alan partiya və üzvlər:

AK Partiya:Abdulhamit Gül, Mustafa Şen, Hüseyin Yayman, Selami Altınok, Ayşe Böhürler və digərləri.

CHP:Murat Emir, Sezgin Tanrıkulu, Türkan Elçi, Gökçe Gökçen və b.

DEM Partiyası:Gülistan Kılıç Koçyiğit, Meral Danış Beştaş, Saruhan Oluç və Cengiz Çiçək.

MHP:Feti Yıldız, Levent Bülbül, Halil Öztürk və Yücel Bulut.

Yeni Yol Partiyası:Bülent Kaya, Emin Ekmen, Mustafa Bilici.

Digər partiyalardan:

HÜDA-PAR: Zekeriya Yapıcıoğlu

TİP: Ahmet Şık

Yeni Rifah Partiyası: Fatih Erbakan, Doğan Bekin

EMEP: İskender Bayhan

Demokrat Partiyası: Haydar Altıntaş

DSP: Önder Aksakal  (musavat.com)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
1
azpolitika.info

2Mənbələr