AZ

Moskvada yataqxanaya basqın olub 300 miqrant SAXLANILDI

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskvada miqrantlara qarşı daha bir genişmiqyaslı reyd həyata keçirilib.

Rusiya Qvardiyasının Moskva üzrə Baş İdarəsinin yaydığı məlumata əsasən, paytaxtın mərkəzində yerləşən yataqxanalardan birində aparılan yoxlama zamanı 300 nəfər saxlanılıb.

Bildirilir ki, keçirilən xüsusi tədbir çərçivəsində həmin yataqxanada məskunlaşmış 400 əcnəbi vətəndaşın sənədləri — pasportları, miqrasiya kartları, qeydiyyat kağızları və iş icazələri yoxlamadan keçirilib.

Yoxlamalar nəticəsində məlum olub ki, 300 nəfər miqrasiya qanunvericiliyinin tələblərini pozub. Onlar əlavə araşdırmalar aparılması üçün müvafiq polis bölmələrinə aparılıblar.

Məlumata əsasən, reyd Rusiya İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin əməkdaşlarının iştirakı ilə baş tutub. Onlara Rusiya Qvardiyasının “Avanqard” adlı xüsusi təyinatlı dəstəsi tərəfindən də dəstək göstərilib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
azpolitika.info

1Mənbələr