AZ

Omoniya Bakıda azarkeşsiz qalacaq

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Omoniya" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Araz-Naxçıvan"la oyun üçün azarkeşlərini Bakıya gətirə bilməyəcək. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Klub fanatların səfəri üçün icazənin alına bilmədiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycana səfər üçün bütün icazələr yalnız bu gün verildiyi üçün fanatları Bakıya aparmaq mümkün olmayacaq.

Qeyd edək ki, avqustun 7-də "Dalğa Arena"da keçiriləcək “Araz-Naxçıvan” - “Omoniya” matçı saat 20:00-da start götürəcək. Cavab oyunu 1 həftə sonra Kiprdə olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
qol.az

2Mənbələr