AZ

"Mançester Siti" Rodriyə yeni müqavilə təklif edəcək

İngiltərənin "Mançester Siti" klubu ispan yarımmüdafiəçi və "Qızıl top"un sahibi Rodriyə yeni müqavilə təklif edəcək.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

29 yaşlı futbolçunun yeni müqaviləsi 2029-cu ilin iyun ayına kimi nəzərdə tutulub.

Rodri 2019-cu ildən Pep Qvardiolanın rəhbərlik etdiyi  komandada oynayır. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatmalıdır.

"Real Madrid" Rodrinin xidmətində maraqlıdır.

Seçilən
80
operativmedia.az

1Mənbələr