Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TASS-a siyasətçinin vəkili Nataliya Bayram açıqlayıb.
Bildirilib ki, məhkəmə Qutsulu “Şor” müxalif partiyasının maliyyələşdirilməsində qayda pozuntularına yol verməkdə təqsirli bilib.
Vəkilin sözlərinə görə, Qutsul məhkəmə zalından birbaşa həbsxanaya göndəriləcək.
Xatırladaq ki, Y. Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı saxlanılmışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.