Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştəritəcrübəsini təkmilləşdirmək məqsədilə yeni kampaniyaya startverir.
5 avqust - 5 sentyabr 2025-ci il tarixlərində keçirilənkampaniya çərçivəsində “mPOS” – mobil POS-terminal məhsulu sifarişedən və ilk ödənişini qəbul edən hər taksi sürücüsünə “Azpetrol”yanacaqdoldurma şəbəkəsindən 10 AZN dəyərində Aİ-92, Aİ-95(premium) markalı benzin, dizel və ya qaz yanacaq kuponu hədiyyəediləcək. Kampaniya taksi fəaliyyət kodu ilə hesab açan vəkampaniya müddətində "mPOS" sifariş edib ilk ödənişi qəbul edənsürücülərə şamil olunur. Yanacaq hədiyyəsi barədə bildirişsürücülərin nömrəsinə xüsusi kod vasitəsilə göndəriləcək.
Daha ətraflı məlumat və "mPOS" məhsulu sifariş etməküçün linkə keçidedin.
Müştəriyönümlü həllər təqdim etməyə davam edən "PAŞA Bank"ın“mPOS” məhsulu 2024-cü ildən etibarən biznes sahiblərininxidmətindədir. Biznes sahibləri depozit və dövriyyə tələbi olmadan“mPOS” məhsulundan istifadə edərək təmassız ödənişləri telefonlarıilə qəbul edə bilirlər.