AZ

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Bakı. Trend:

“WhatsApp” mesajlaşma tətbiqində “Qonaq çatı” adlı yeni funksiyaistifadəyə veriləcək. Bu funkisya messencer istifadəçilərininqeydiyyatda olmayan istifadəçilərlə mesajlaşmasına imkanverəcək.

Trend xəbər verirki, bu barədə "WABetaInfo" portalı yazır.

Yeni çatın yaradılması zamanı istifadəçi telefon nömrəsinigöstərmədən ünsiyyət ayarını seçə biləcək. Tətbiq bu zaman unikalbir link generasiya edəcək ki, onu mesajlaşma üçün həmsöhbətəgöndərmək lazım gələcək. Həmin linkə keçməklə istifadəçi artıqmövcud olan çatda “WhatsApp”ın veb-versiyasını açmış olacaq.

"Qonaq çatı"nda vaxt məhdudiyyəti olmasa da, müəyyən funksionalməhdudiyyətlər mövcuddur: tərəflər arasında yalnız mətn mübadiləsiaparıla bilər. Belə çatda media faylları, sənədlər, stikerlər vəGIF animasiyalarının göndərilməsi dəstəklənmir.

Məqalədə:
Seçilən
29
6
az.trend.az

7Mənbələr