Demokrat.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüzün sözlərinə görə, görüşdə onun da qaldırdığı əsas məsələ məhz sərnişindaşıma qiymətlərinin yüksəkliyi və bunun xidmət səviyyəsi ilə adekvat olub-olmamasıdır:
"Hazırda ölkədaxili istiqamətlərdə standart (plaskart), standart+ (kupe), biznes (SV) və birinci klass üzrə bilet qiymətləri əvvəlki illərlə müqayisədə 3-4 dəfə artıb. Bu, xüsusilə Bakı-Balakən qatarında doluluq səviyyəsinin aşağı olması ilə bağlı da diqqətə çatdırıldı".
O, əlavə edib ki, ADY rəhbərliyi bu məsələnin ictimai əhəmiyyətindən xəbərdardır, lakin hələlik qiymətləri endirmək niyyətində deyil. Görüş zamanı sərnişinlərə məcburi qaydada təqdim olunan yemək setinin ləğv olunması və bununla qiymətlərin azaldılması təklif olunsa da, ADY bu təklifi qəbul etməyib:
"Yerli sərnişinlər ödəniş etdikləri yemək setinə nisbətən evdə daha keyfiyyətli və sərfəli səhər yeməyinə üstünlük verdiklərini deyirlər. Lakin ADY bilet satışında yemək seçimini sərnişinlərin ixtiyarına buraxmaq istəmir".
O.Gündüz söylədi ki, görüş zamanı diqqət çəkən digər maraqlı məqamlardan biri də ADY rəsmilərinin artıq dəmiryolu ilə sərnişindaşımanı "ictimai nəqliyyat növü" kimi qəbul etməmələridir:
9Mənbələr
-
day.azBu ictimai nəqliyyatda gedişhaqqı aşağı düşə bilər ( 20040819)
-
news.milli.azBu ictimai nəqliyyatda gedişhaqqı aşağı düşə bilər ( 20040729)
-
demokrat.azBu ictimai nəqliyyatda gedişhaqqı aşağı düşə bilər ( 20038758)
-
xezernews.azBu ictimai nəqliyyatda gedişhaqqı aşağı düşə bilər ( 20038560)
-
konkret.azBu ictimai nəqliyyatda gedişhaqqı aşağı düşə bilər ( 20038179)
-
referans.azİctimai nəqliyyatın bu növündə gedişhaqqı aşağı düşəcək - Müzakirə başladı ( 20037771)
-
editor.azBu ictimai nəqliyyatda gedişhaqqı aşağı düşə bilər ( 20037687)
-
milli.azBu ictimai nəqliyyatda gedişhaqqı aşağı düşə bilər ( 20037540)
-
sfera.azDəmiryolu ilə sərnişindaşıma qiymətləri endiriləcək? – Müzakirə aparılır ( 20036622)