AZ

Sirlər indi açılır: Şahzadə əmisini amansızlıqla döyüb

İngiltərə kralı III Çarlzın kiçik oğlu Şahzadə Harrinin əmisi Şahzadə Endryunu döyməsi ilə bağlı iddia böyük səs-küyə səbəb olub.

Publika.az xəbər verir ki, iddia Britaniya yazıçısı Endryu Lovninin “York hersoqunun yüksəlişi və süqutu” (The Rise and Fall of the Duke of York) adlı kitabında yer alıb.

Müəllif iddia edir ki, 2013-cü ildə kral ailəsinin qapalı toplantısı zamanı Şahzadə Harri ilə əmisi arasında qalmaqallı mübahisə yaşanıb. Harrinin əmisini “qorxaq” adlandırması ilə mübahisə başlayıb. Mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib. Harri əmisini üzü qanayana qədər yumruqlayıb.

Harrinin sözçüsü isə kitabda yer alan bu iddiaları qəti şəkildə təkzib edib. Kitabda həmçinin, Şahzadə Endryunun digər ailə üzvləri Şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middlton ilə də soyuq münasibətləri olduğu vurğulanıb.

Seçilən
34
publika.az

1Mənbələr