BAKI, 5 avqust. TELEQRAF
Sabiq FIFA referisi Çan Din Thin 43 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə Vyetnam Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Beynəlxalq dərəcəli hakim dözümlülük testi üçün təxminən 4 km məsafəni qət etməyə çalışarkən yıxılıb.
Din Thinə ilkin yardım göstərilib, daha sonra xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Çan Din Thin 2019-cu ildən FIFA referisi idi.