AZ

"Omoniya" Mərdəkanda azarkeş dəstəyi almayacaq

"Omoniya" (Cənubi Kipr) Bakıda "Araz-Naxçıvan"a qarşı keçirəcəyi Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa azarkeşsiz gələcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komandanın Azərbaycana səfəri üçün bütün icazələr yalnız bu gün verildiyi üçün fanatları Bakıya aparmaq mümkün olmayacaq.

Ölkəmizə təkbaşına gəlmək istəyində olanların klubla əlaqə saxlamaları istənilib.

Xatırladaq ki, “Araz-Naxçıvan” - “Omoniya” matçı avqustun 7-də "Dalğa Arena"da, saat 20.00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.

Seçilən
14
2
football-plus.az

3Mənbələr