AZ

Çempionlar Liqası: “Qarabağ” bu gün Şimali Makedoniya klubu ilə qarşılaşacaq

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

 

Senzor.az bildirir ki, Ağdam klubu Şimali Makedoniyada “Şkendiya”nın qonağı olacaq.

 

Skopyedə yerləşən “Todor Proeski” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

  

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

Seçilən
32
3
senzor.az

4Mənbələr