BKİ-nin hesabatında qeyd olunur ki, bunun sayəsində rusların irəliləməsi, eləcə də onların qoşun qrupuna təchizat və sursat verilməsi dayandırılıb.
“Əməliyyatı BKİ-nin “Timur xüsusi təyinatlıları”na daxil olan “Ximera”, “Yunger”, “Stuqna”, “Sibir batalyonu”, “Aratta”, “1514”, Paraqon, İncəsənət Diviziyası, Birinci Sıra, Raven Qrupu və “6-cı Xüsusi Fəaliyyət Dəstəsi” həyata keçirib”, - xəbərdə vurğulanır.
Məlumatda rusların ümumi itkilərinin 300-dən çox öldürülən, 550-dən çox yaralı olduğu iddia edilir. BKİ əməliyyatın elementlərini sərgiləyən videoçarx da nümayiş etdirib.
Xatırladaq ki, iyulun ortalarında rus qoşunları Ukraynanın Sumı bölgəsində irəlilədilər. İyulun 19-da “DeepState” hərbi-analitika layihəsinin ekspertləri Yablonovka kəndinin ruslar tərəfindənələ keçirildiyini açıqlayıb. Lakin artıq iyulun sonunda məlum olub ki, Ukrayna ordusu iyulun 25-də Sumı vilayətinin Kondratyevka kəndini azad ediblər.
Украинская разведка заявила об уничтожении сотен российских военных в Сумской области pic.twitter.com/9Nnzo9QNNz
— Seymur Bakshev (@SBakshev) August 5, 2025
Sahil İsgəndərov
AzVision.az