Azərbaycanda bir neçə icra hakimiyyətində sektor müdiri - baş mühasib vəzifəsi vakansiyaya çıxarılıb.
Yenisabah.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, 5 icra hakimiyyəti bir müddətdir baş mühasibsiz fəaliyyət göstərir.
Bu, Neftçala, Hacıqabul, Goranboy, Ordubad və Bakının Nəsimi rayon icra hakimiyyətləridir. Sözügedən vəzifələr bir müddətdir ki, vakansiyaya çıxarılıb. pizza mizza
Bundan əvvəl isə paytaxtın Xəzər və Pirallahı rayon icra hakimiyyətlərində sektor müdiri - baş mühasib vəzifəsi boş olub. Bir neçə gün əvvəl həmin vəzifələrə təyinatlar həyata keçirilib.
Telegram kanalımız