AZ

Tayson ən möhtəşəm boksçuların adlarını açıqlayıb

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az “SecondsOut” portalına istinadən xəbər verir ki, Mayk Taysonun siyahısında Cek Dempsi , Sonni Liston, Məhəmməd Əli və Corc Forman yer alıblar. Cek Dempsi 1913-cü ildən 1927-ci ilə qədər döyüşüb. Bu müddət ərzində o, 73 döyüş keçirib, 58-də qalib gəlib, 6-da isə məğlub olub. Doqquz döyüş hakimlər tərəfindən heç-heçə kimi qiymətləndirilib. Dempsi 1919-1926-cı illərdə ağır çəkidə dünya çempionu olub. Sonny Liston 1953-1970-ci illərdə peşəkar kimi döyüşüb. Onun rekordu 39-u nokaut olmaqla 50 qələbədir. Dörd qarşıdurmada rinqi məğlubiyyətlə tərk edib. Liston 1962-1964-cü illərdə ağır çəkidə dünya çempionu olub. Əfsanəvi Məhəmməd Əli (əsl adı Kassius Marsellus Kley) ağır çəki dərəcəsində yarışan peşəkar boksçu kimi dünya boks tarixinin ən məşhur idmançılarından biridir. Yüngül çəki dərəcəsində 1960 Olimpiya çempionu, ağır çəki dərəcəsində mütləq dünya çempionudur (1964-1966, 1974-1978). Məhəmməd Əli peşəkar rinqdə 61 döyüş keçirib. Bu döyüşlərdə o, 37-si nokaut olmaqla 56 qələbə qazanıb. Qarşıdurmaların 5-də məğlubiyyətə uğrayıb. Corc Forman karyerası ərzində ümumilikdə 81 döyüş keçirib. Onların 76-sı udub. Qələbələrin 8-ni nokautla qazanıb. Beş döyüşdə məğlub olub. O, 1994-cü ildə 45 yaşında WBA və IBF dünya titullarını qazanaraq ağır çəkidə boks üzrə ən yaşlı dünya çempionu olub. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
1
azvision.az

2Mənbələr