AZ

2016 seçkilərinə Rusiya müdaxiləsi Tramp administrasiyası “Russiagate” işini yenidən gündəmə gətirdi

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Donald Tramp administrasiyası 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı keçmiş prezident Barak Obama dövrü rəsmilərinə qarşı yeni və rəsmi bir “Russiagate” araşdırmasına start verib. 

İddialara görə, həmin dövrdə hazırlanmış kəşfiyyat hesabatları qəsdən təhrif olunub və Trampın seçki kampaniyası siyasi bir əməliyyatla hədəfə alınıb.

Araşdırmanın başlanmasına səbəb olan əsas şəxs hazırda ABŞ Milli Kəşfiyyat direktoru olan və keçmiş Demokrat konqresmeni Tulsi Qabbard olub. Qabbard yayımladığı sənədlərlə Obama administrasiyasının 2016-cı ildə Trampın seçki qərargahını qəsdən hədəfə aldığını və kəşfiyyat sisteminin bir silaha çevrildiyini iddia edib.

ABŞ Ədliyyə naziri Pam Bondi araşdırma üçün birbaşa göstəriş verib. Araşdırmanın ilk xəbəri "Fox News" kanalında yayımlanıb. Məlumata görə, federal prokuror toplanan sübutları idarə heyyətinə təqdim edəcək və əgər cinayət işi açılarsa, rəsmi ittiham aktı hazırlanacaq.

Demokrat Partiyasının rəsmiləri isə bu istintaqı siyasi qisas adlandıraraq, bütün iddiaların “əsassız və diqqəti yayındırmaq məqsədli” olduğunu bildiriblər.

ABŞ kəşfiyyat orqanları 2017-ci ilin yanvarında yaydıqları qiymətləndirmədə Rusiyanın Trampı dəstəkləmək üçün sosial media dezinformasiyası və kiber hücumlar həyata keçirdiyini bildirmişdi. Lakin bu müdaxilələrin seçki nəticələrini dəyişdiyinə dair konkret sübutların olmadığı qeyd olunmuşdu.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
azpolitika.info

1Mənbələr