AZ

SOCAR-ın bu ilin II rübü üzrə neft və qaz emal göstəriciləri açıqlanıb

2025-ci ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1,5 milyon tondan çox neft və 766 milyon kubmetrdən artıq qaz emal edib.

Finss.az SOCAR-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft emalı 3,5 min ton və ya 0,2%, qaz emalı isə 95,6 milyon kubmetr və ya 11,1% azalıb.

Hesabat dövründə SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan təxminən 570 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 89,2 min ton və ya 13,5% azalma deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
6
12
fins.az

10Mənbələr