AZ

“WhatsApp”-da yanaşan problemlə bağlı təcili xəbərdarlıq: “DƏRHAL ƏLAQƏNİ KƏSİN!”

Son saatlarda “WhatsApp”ın veb versiyasında qlobal miqyasda nasazlıqlar müşahidə olunur. Dünyanın bir çox ölkəsindən olan istifadəçilər tətbiqə daxil olduqdan bir neçə saniyə sonra avtomatik çıxış problemi ilə üzləşdiklərini bildiriblər. Məsələ ilə bağlı “WhatsApp” tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Nasazlıq sosial mediada geniş müzakirələrə səbəb olub və istifadəçilər problemin səbəbini maraqla gözləyirlər.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov “Yeni Sabah”a bu barədə danışıb:

“Bu kimi texnoloji nasazlıqlar son illərdə qlobal platformalarda daha sıx müşahidə olunur və bu halın WhatsApp Web-də də yaşanması təəccüblü deyil. Çox güman ki, son saatlarda yaşanan problem server tərəfli müvəqqəti nasazlıq və ya WhatsApp-ın infrastrukturunda edilən texniki dəyişikliklərlə bağlıdır. Bu cür vəziyyətlərdə xidmətlərin yüklənməməsi, əlaqə qurulmaması və ya brauzer üzərindən cavab verməməsi kimi hallar müşahidə oluna bilər. Dominos pizza

Bu nasazlıqlar adətən istifadəçi hesablarının təhlükəyə düşməsi ilə birbaşa əlaqəli olmur. Lakin texniki hücum (məsələn, DDoS) ehtimalını da istisna etmək olmaz. Belə hallarda istifadəçilər ilk olaraq rəsmi WhatsApp tətbiqindən “linked devices” (qoşulmuş cihazlar) bölməsinə daxil olaraq hesablarının başqa cihazlarda aktiv olub-olmadığını yoxlamalıdırlar. Əgər tanımadıqları bir giriş görürlərsə, dərhal əlaqəni kəsməli və parollarını dəyişməlidirlər (Google hesabı, telefon kilidi və s.)”.

Müsahibimiz bildirib ki, bu problem “WhatsApp”ın daxili yeniləmələri və ya sistem optimizasiyaları zamanı baş verən gözlənilməz uyğunsuzluqlarla da bağlı ola bilər:

“Digər tərəfdən, əgər texniki hücum ehtimalı varsa, bu artıq daha genişmiqyaslı təhlükəsizlik tədbirlərini zəruri edir. Gələcəkdə süni intellekt, avtomatlaşdırma və daha mürəkkəb infrastruktur dəyişiklikləri ilə bu cür problemlərin ya daha tez-tez, ya da daha tez aradan qaldırılması ehtimalı var. Lakin bu konkret hadisə ehtimal ki, texniki yenilənmə və ya yük balanslaşdırma ilə bağlı bir haldır və geniş təhlükə ehtiva etmir”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
43
yenisabah.az

1Mənbələr