AZ

Tanınmış şirkətdə yeyinti: 3 qadına cinayət işi açıldı

  “Silk Row Travel” turizm şirkətinin üç xanım əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

Referans  bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Zeynalova, L.Resetova və M.Yusubova vəzifə cinayətlərində

ittiham olunurlar.

Onların işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. E.Zeynalova və L.Resetovaya qarşı

Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı), M.Yusubovaya isə 313-cü

maddə ilə ittiham irəli sürülüb. Cinayət nəticəsində şirkətə 2 milyon manatlıq maddi ziyan dəyib. Prokurorluq həmin məbləğin 1

milyon manatını ilkin istintaq mərhələsində ödətdirib.

Təqsirləndirilən şəxslər isə həbsdə deyil. Onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Elan olunmuş

ittihamların sanksiyasında 14 ilə kimi həbs var. Amma dəymiş ziyanın ödənilməsi yaxında başlayacaq məhkəmə araşdırmasında

yumşaldıcı hal hesab edilə bilər.

Qeyd edək ki, “Silk Row Travel” ölkənin aparıcı turizm şirkətlərindən biridir.

Seçilən
39
23
referans.az

10Mənbələr