AZ

Olimpiada FİASKOSU - Azərbaycan niyə medal qazana BİLMƏDİ?

  Avstraliyada 110 ölkənin iştirakı ilə 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib. Ölkəmiz olimpiadada iştirak etsə də heç bir medal

qazanmayıb. Çin Xalq Respublikasının təmsilçiləri 6 qızıl, ABŞ təmsilçiləri 5 qızıl, 1 gümüş, Cənubi Koreyadan olan iştirakçılar isə 4 qızıl, 2 gümüş

medal qazanıblar.

Türkiyə nümayəndələri də 2 qızıl, 3 gümüş, 1 bürünc medalla ilk onluqda yer tutublar. İran da iki qızıl medal alan ölkələr sırasındadır. Qazaxıstan,

Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ermənistan da müvafiq olaraq gümüş və bürünc medal alaraq olimpiadanı yekunlaşdırıblar.

Bəs ölkəmizin beynəlxalq riyaziyyat olimpiadasındakı uğursuzluğunun səbəbi nədir?

Referans xəbər verir ki, mövzu barədə Bizim.Media-ya danışan təhsil eksperti Elmin Nuri deyib ki, bu, məyusedicidir:

“Azərbaycan gənclərinin beynəxalq riyaziyyat olimpiadasındakı uğursuzluqla bağlı xəbəri bir vətəndaş kimi bizi məyus etdi.

Avstraliyada baş tutan beynəlxalq riyaziyyat olimpiadasında medalçıların siyahısına baxanda qardaş türk dövlətlərinin hamısını gördük, həmçinin,

qonşu dövlətlərin hamısının adına rast gəldik.



Təəssüf olsun ki, bizim ölkədə bir nəfər olsun bürünc medal belə almadı. Bundan əvvəlki riyaziyyat olimpiadalarında, beynəlxalq fizika, kimya

olimpiadalarında medallarımız olub.


Amma hər dövrün öz qəhrəmanları, hər ilin öz nəticələri olmaldıır. Biz keçmişə baxaraq hərəkət edə bilmərik. Bu məsələlərdə irəliləmək laızmdır.


Ötən il beynəlxalq riyaziyyat olimpiadasında 1 və ya 2 medal var idisə, bu il onların sayı 3-4 olmalı idi.Zaman keçdikcə irəliləmə

kodeksiinkişafetməlidir. Təəssüf ki, bizdə geriləmə oldu”

Ekspert hesab edir ki, ötən ilki müsbət nəticələrə yox, gələcəkdə əldə edilə biləcək uğurlara yönəlməliyik:

“Artıq neçə ildir ki, Elm və Təhsil Nazirliyinin yanında Olimpiada Hazırlıq Mərkəzi var, Mərkəz bu istiqamətdə müəyyən işlər görür. Respublika

olimpiadalarının uğurlu iştirakçıları, həmçinin, beynəlxalq olimpiadalarda qalib olanları tanıdırlar. Hazırlıqların da pis keçmədiyi bildirilir.

Bəs nəticə noldu? Bizdən geridə olan xeyli ölkələrin də medalları var, amma bizdə yoxdur.

Hər dəfə müəyyən fənn üzrə biri medal alırsa və piarı bir nəfərin üzərində quracağıqsa, bu alınmayacaq. Bizim çox savadlı gənclərimiz olub ki,

onlar riyaziyyat və digər fənlər üzrə keçirilən olimpiadalarda uğur qazanıblar.

Bəs indi noldu? Biz bir medal qazanıb onun piarını aparmaqdansa, həmin medalların sayını artırmağı düşünməli idik”.

Seçilən
61
1
referans.az

2Mənbələr