AZ

Məşhur aktrisa sevgilisindən ayrıldı: Ulduz futbolçular mesaj ardınca mesaj yazırlar

Hollivud aktrisası Sidni Suini prodüser Conatan Davinodan ayrıldıqdan sonra Premyer Liqa oyunçularından çoxlu mesajlar alıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.

27 yaşlı Sidni may ayında “Times”a Davino ilə dörd illik münasibətini bitirdiyini təsdiqlədi. Baxmayaraq ki, cütlük 2022-ci ildə nişanlanmışdı.

“The Sun”ın məlumatına görə, bundan sonra “Arsenal”, “Mançester Yunayted” və “Liverpul”da çıxış edən Premyer Liqa ulduzları sosial şəbəkədə aktrisaya aktiv şəkildə yazırlar.

Mənbəs məsələyə belə aydınlıq gətirir: “Onun "İnstaqram" DM-ləri məşhur kişilərin mesajları ilə doludur. Futbolçular da var. Əsasən “Mançester Yunayted”, “Liverpul” və “Arsenal”dan. Ondan görüşmək üçün Avropaya gəlməsini xahiş edirlər. Amma o, bunu edəcək tip deyil.

Seçilən
10
publika.az

1Mənbələr