AZ

Gəncə şəhərində ictimai iaşə dövriyyəsi artıb

2025-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərində ictimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında məlumatlar açıqlanıb.

Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, Gəncə şəhərində 2025-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,1 faiz artaraq 27,1 milyon manat təşkil etmişdir. Dövriyyənin 26,2 milyon manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.

2025-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən real ifadədə 8,0 faiz artaraq 319,7 milyon manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 75,8 milyon manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 23,7 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 12,5 faizi dövlət, 87,5 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.

ictimai iaşə dövriyyəsi
Seçilən
7
1
marja.az

2Mənbələr