AZ

İranda dörd gənc barəsində ölüm hökmü çıxarıldı


İranın Bəlucistan əyalətində dörd gənc edam cəzasına məhkum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İran İnternational” portalı məlumat yayıb.
Məlumata görə, Məhəmməd Dərviş Narvi, Yasin Qabadani, Fərhad Baranzehi və İmran Ağaya qarşı İran məhkəməsi tərəfindən ölüm hökmü çıxarılıb.
Belə ki, Məhəmməd Dərviş Narvi və Yasin Qabadani silahlı müxalifət qruplarına üzv olmaq və korrupsiya əməliyyatlarında iştirak etmək ittihamı ilə Zahedan İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.
Digər iki gənc Fərhad Baranzehi və İmran Ağa isə “Ceyşül Ədl” silahlı qruplaşmasına üzv olmaq və silahlı hərəkətlərdə iştirak etməkdə ittiham edilərək edam cəzasına məhkum olunub.
Seçilən
30
yeniavaz.com

1Mənbələr