Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində əyləncə gecəsində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "ABC7 Los Angeles" TV-nin məlumatına görə, Los Anceles Polis Departamentinin rəsmisi bildirib ki, yerli vaxtla gecə saat 1 radələrində şəhərdə keçirilən partilərdən birinə atəş açılıb.
Rəsmi bildirib ki, Qreqori Derisso hücum nəticəsində hadisə yerində, 52 yaşlı qadın isə xəstəxanada dünyasını dəyişib. Departament rəsmisi deyib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Hücum edənin şəxsiyyəti hələlik müəyyən edilməyib. Los-Anceles bələdiyyə başçısı Karen Bass "X" sosial media platformasında verdiyi açıqlamada həlak olanların ailələrinə başsağlığı verib və bu şəhərdə şiddətə yol verilməyəcək ifadələrini səsləndirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.