AZ

Havada normadan artıq toz müşahidə olunur

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 4 avqust, AZƏRTAC

Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır.

AZƏRTAC xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub.

“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir”, - deyə R.Allahverdiyeva qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
27
azertag.az

10Mənbələr