AZ

“Araz-Naxçıvan” braziliyalı futzalçı ilə güclənib

Bakı, 5 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” futzal komandası hazırlığını davam etdirir.

AZƏRTAC xəbər verir ki, Bakıda təlim-məşq toplanışına başlayan ölkə çempionu heyətini də gücləndirmək istiqamətində işlər görür. Mövsüm başa çatdıqdan sonra əksər futzalçılarla yollarını ayıran “qırmızı-ağlar” xüsusilə də legionerləri cəlb etməklə boşluqları doldurur. Aleksanderson Teyşeyra Barbosa ilə 1 illik anlaşma əldə olunub. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Təmsilçimiz avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları ilə üz-üzə gələcək. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

Seçilən
52
3
azertag.az

7Mənbələr