Belqorodda müdafiə sənayesi müəssisələrindən birinin baş direktoruna sui-qəsd cəhdinin qarşısını alınıb.
Referans xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı “Telegram” vasitəsilə Rusiyada qadağan olunmuş “Ukraynayönlü terror təşkilatının nümayəndəsi” ilə əlaqə
saxlayan Rusiya vətəndaşı həbs edilib.
Xidmətin bəyanatında qeyd olunur ki, həmin şəxs kuratorların göstərişi ilə sui-qəsdi həyata keçirmək üçün silah və partlayıcı maddədən istifadə
etməyi planlayıb