AzVision.az xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə,buna səbəb iyul ayında “Reuters” agentliyində dərc edilən material olub. Həmin materialda bildirilirdi ki, Çinin PUA-lar üçün mühərrikləri saxta şirkətlər şirkətlər vasitəsilə gizli şəkildə Rusiyaya göndərilir.Qərbin sanksiyalarından yayınmaq üçün bu avadanlıqlar sənədlərdə sənaye soyuducusu qurğuları kimi təsvir edilir.
Təhiqatın nəticələri Brüsseldə həyəcan doğurub. Mənbənin sözlərinə görə, artıq 15 Avropa İttifaqı (Aİ) ölkəsi tədarüklə bağlı sorğu ilə Pekinə müraciət edib. Lakin Çin ya özünün bu məsələdə iştirakını inkar edib, ya da sorğulara məhəl qoymayıb.
“Doğru olan bu material Çinin iştirakının həm kəmiyyət, həm də keyfiyyət baxımından artdığını göstərir. Demək olar ki, Çinin dəstəyi olmasaydı, bu müharibə çox fərqli görünərdi”,- avropalı diplomat iddia edib.
Onun sözlərinə görə, Aİ Çin PUA-larının Rusiyaya ötürülməsindən hələ jurnalist araşdırmaları dərc edilməmişdən əvvəl xəbərdar idi.
- Avqustdan sonra biz sanksiyalara əl atacağıq. Aİ öz iqtisadi təsirini az qiymətləndirməməlidir. Biz dialoqa açığıq, lakin konkret addımlar gözləyirik”,- məmur vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta